Hövsan qəsəbə sakini Vaqif Ramazanova məxsus mənzildə yanğın baş vermişdir
11.01.2009 Saat 23.55 radələrində Suraxanı rayonunun Hövsan qəsəbə sakini Vaqif Ramazanova məxsus 3 otaqlı mənzildə yanğın baş vermişdir. Nəticədə bütövlükdə Evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, V.Ramazanovun qızı Asiman, oğlanları Bəhram və Firudin tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.