Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini Rövşən Hüseynovu döyərək idarə etdiyi avtomaşını almış şəxslər tutulmuşlar

29.12.2008

Saat 22.30 radələrində 2 naməlum şəxs Sumqayıt şəhərindəki 13-cü mikrorayon ərazisində şəhər sakini Rövşən Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub H.Z.Tağıyev qəsəbəsinə gedəcəklərini bildirmişlər. H.Z.Tağıyev qəsəbəsində onlar R.Hüseynovu döyərək avtomaşınının hissələrini sökərək aparmağa cəhd göstərərəkən DİN Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən tutulmuşlar. Onların Corat qəsəbə sakini Elşən Talıbov və Sumqayıt şəhər sakini Rövşən Mahmudov olmaları müəyyən edilmişdir.