Aeroport yolunda yol-nəqliyyat hadisəsi
24.12.2008 Saat 09.30 radələrində Aeroport yolunda Bakı şəhər sakini Çingiz Eminov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu yolun kənarında dayanmış həmyerlisi Rüstəm Ramizovun idarə etdiyi "Mercedes" markalı avtomaşına vurmuşdur. Nəticədə Ç.Eminovun sərnişini, atası Firudin hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri, Buzovna qəsəbə sakinləri Yadigar Abıyev, Vüqar Əhlimanov isə xəstəxanaya yerləşdirilmişlər. Suraxanı RPİ tərəfindən araşdırmalar aparılır.