Gəncə şəhərindəki 4 saylı yataqxanada yaşayan Minarə Murğuzayevanın otağında yanğın baş vermişdir
24.12.2008 Saat 14.15 radələrində Gəncə şəhərindəki 4 saylı yataqxananın 117 saylı otağında, orada yaşayan Minarə Murğuzayevanın otağında yanğın baş vermişdir. Nəticədə bütövlükdə otağın yanar konstruksiyaları və oradakı əşyalar yanmış, M.Murğuzayevanın qonağı, Gəncə şəhər sakini Elnurə Məmmədova isə tüstüdən zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmişdir. Araşdırmalar aparılır.