DİO əməkdaşları tərəfindən ticarət obyektlərindən pirotexnik vasitələr götürülmüşdür
24.12.2008 DİN Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisindəki ticarət obyektlərindən 3726 ədəd, Sabunçu RPİ əməkdaşları tərəfindən 1 ticarət obyektindən 300 ədəd, Sumqayıt ŞPİ əməkdaşları tərəfindən şəhər ərazisində fəaliyyət göstərən 10 ticarət obyektindən 999 ədəd, Kəpəz RPŞ əməkdaşları tərəfindən rayon ərazisində fəaliyyət göstərən 7 ticarət obyektindən 3000 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar götürülmüşdür.