Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi
24.12.2008 Dekabrın 15-də Sumqayıt şəhərində, şəhər sakini Hidayət Daşdəmirovun idarə etdiyi "Vaz-21011" markalı və Abşeron rayon sakini Əli Əliyevin idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Əliyev dekabrın 24-də orada ölmüşdür. Sumqayıt ŞPİ tərəfindən araşdırmalar aparılır.