Quba rayonunun Cek kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.12.2008 Dekabrın 7-də saat 21.00 radələrində Quba rayonunun Cek kəndi ərazisində, Qımıl-Qışlaq kənd sakini Zamiq mizəbəyov "Mercedes-Benz" markalı avtomaşını idarə edərkən onu dərəyə aşırmışdır. Nəticədə Z.Mirzəbəyov və sərnişini Ramin Müzəffərov, Şahid Mirzəkərimov, Elvin Heydərov və Rahid Qafarov hadisə yerində ölmüşlər. Quba RPŞ tərəfindən araşdırmalar aparılır.