Xətai rayonundakı Gəncə prospektində yol-nəqliyyat hadisəsi
02.12.2008 Saat 09.40 radələrində Xətai rayonundakı Gəncə prospektində Bakı şəhər sakinləri Elməddin Hüseynovun idarə etdiyi "BMW" markalı və Emin Qayıtmazovun idarə etdiyi "Tofaş" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə E.Qayıtmazov hadisə yerində ölmüş, xəsarət almış sərnişini, Bakı şəhər sakini Ruzanna Ramazanova xəstəxanaya yerləşdirilmişdir. Xətai RPİ tərəfindən araşdırmalar aparılır.