Hüquq-mühafizə orqanları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
03.11.2005Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Vüqar Zeynalovdan 5 kiloqram 161 qram marixuana götürülmüşdür. Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini Lalə Məmmədovadan 0,208 qram heroin götürülmüşdür. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun İsgəndərovdan 0,225 qram heroin götürülmüşdür. Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Marişli kənd sakini Rauf Ələkbərovdan 14,14 qram marixuana götürülmüşdür.