Bərguşad-Göyçay yolunun Ucar rayonu Küçə kəndi ərazisində yol-qəza hadisəsi
26.10.2005Saat 01.00 radələrində Bərguşad-Göyçay yolunun Ucar rayonu Küçə kəndi ərazisində, Balakən rayon sakini Sədrəddin Şahverdiyevin idarə etdiyi "Kamaz" markalı və Zaqatala rayon sakini Məhəmmədhənifə Qurbanovun idarə etdiyi "Qazel" markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə "Qazel" markalı avtomaşının sərnişinlərindən, Zaqatala rayon sakinləri Rəqsanə Bayramova hadisə yerində ölmüş, xəsarət almış Mərhaba Əhmədova, Təranə Rüstəmova, İradə Rüstəmova, Rübayə Bayramova, Tükəzban Hüdülova, Molla Bayramov, Eyvaz Qurbanov və Mövlud Əhmədov isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.