Mübariz Aslanovun evinə baxış zamanı 20 kiloqram 185 qram marixuana və 7 ədəd tüfəng götürülmüşdür
26.10.2005Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi və Saatlı RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Qıraqlı kənd sakini Mübariz Aslanovun evinə baxış zamanı 20 kiloqram 185 qram marixuana, 7 ədəd tüfəng və 113 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülmüşdür.