Gün ərzində 20 cinayət faktı qeydə alınmışdır
26.10.2005Gün ərzində respublikanın daxili işlər orqanları tərəfindən 20 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü "isti izlər"lə açılmışdır. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 18 nəfər isə yaralanmışdır. Gün ərzində 3 yanğın hadisəsi qeydə alınmışdır. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilmişdir. Cinayət törətdiklərinə görə 25 nəfər tutulmuşdur.