Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Polis Nərimanovda iki narkokuryeri 5 kq marixuana və 708 ədəd həblə saxladı

12.01.2026

Nərimanov Rayon Polis İdarəsi və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirilən sonuncu əməliyyatlar zamanı 57 yaşlı Rauf Əskəroğlu və 26 yaşlı İqbal Əhmədov saxlanılıblar. Onlardan ümumilikdə 5 kiloqram 42 qram narkotik vasitə marixuana, heroin, psixotrop maddə metamfetamin, 708 ədəd metadon, preqabalin və digər güclü təsiredici xassəyə malik həblər, eləcə də satış məqsədilə istifadə olunan elektron tərəzi aşkarlanaraq götürülüb.
Saxlanılan şəxslər narkotikləri sosial şəbəkədə tanış olduqları şəxsiyyəti araşdırılan İran vətəndaşlarından satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=NBevQ0aEH_I

 

 

12.01.2026 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 64 cinayətin açılması təmin olunub 12.01.2026
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 12.01.2026
  • Dələduzluğa görə axtarışda olan 10 nəfər saxlanılaraq istintaqa təhvil verilib 12.01.2026
  • Ümumi çəkisi 10,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb 12.01.2026
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 12.01.2026
  • Polis Nərimanovda iki narkokuryeri 5 kq marixuana və 708 ədəd həblə saxladı 12.01.2026
  • Avtobusda soyğunçuluq edən 3 nəfər saxlanılıb 12.01.2026