Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
07.12.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Dekabrın 6-da və 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 9 tüfəng, 2 patron darağı və 759 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.