Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
27.11.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 8 tüfəng, 6 patron darağı və 533 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.