Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Abşeron rayonunda 4 marketdən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı

27.11.2025

Abşeron rayonunda yerləşən marketlərdə silsilə talama cinayətləri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda rayonun Saray qəsəbəsindəki marketlərə daxil olaraq 9270 manat nağd pul, 580 manat dəyərində tütün məmulatları və 400 manatlıq lotereya biıletləri oğurlayıb.

Abşeron RPİ-nin Saray Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 30 yaşlı Xəyal Rüstəmov saxlanılıb.

Saxlanılan şəxsin marketlərə daxil olması, eyni zamanda pul, tütün məmulatları, eləcə də lotereyaları oğurlama anı və hadisə yerindən uzaqlaşması təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.

Faktlarla bağlı X.Rüstəmov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=4uN7gDO1AiA 

27.11.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 29 cinayətin açılması təmin olunub 27.11.2025
  • Abşeron rayonunda evlərdən və marketlərdən oğurluq edən şəxslər saxlanılıblar 27.11.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 27.11.2025
  • Dələduzluğa görə axtarışda olan 12 nəfər saxlanılaraq istintaqa təhvil verilib 27.11.2025
  • Ümumi çəkisi 22,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 27.11.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 27.11.2025
  • Abşeron rayonunda 4 marketdən 10 min manatlıq oğurluq edən şəxs saxlanıldı 27.11.2025
  • DİN BNMİ-dən növbəti əməliyyat: 62 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb 27.11.2025