Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Kiberpolis qanunsuz onlayn qumar-kazino oyunları təşkil edən daha iki dəstəni ifşa etdi

25.11.2025

Daxili İşlər Nazirliyi (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən sosial şəbəkələrdə qanunsuz onlayn qumar-kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.
Kiberpolisin keçirdiyi növbəti əməliyyatlar zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən Siyasət Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, adları sadalanan şəxslər müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi "fastloto.com" və "chcplay.net" internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradıb həmin səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurublar.
Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları "Batumi Kazino", "Priz Kazino" və s. səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.
Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.
S.Rəcəbov, İ.Rzayev, Ş.Əliyev və R.Həşimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan seçilib.  
Bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşa biləcəkləri qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Bildiririk ki, əks halda kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul vəsaitlərinizi itirə və bu qanunsuz oyunlarda iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz.

Youtube linki  - https://www.youtube.com/watch?v=crPXV87W7vs

 

25.11.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 33 cinayətin açılması təmin olunub 25.11.2025
  • Polis Sumqayıtda ev və maşınlardan oğurluqlar edən şəxsləri saxladı 25.11.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 25.11.2025
  • Dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq istintaqa təhvil verilib 25.11.2025
  • Ümumi çəkisi 13,4 kiloqrama yaxın narkotik vasitə və 100 ədəd psixotrop tərkibli həb götürülüb 25.11.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 25.11.2025
  • Kiberpolis qanunsuz onlayn qumar-kazino oyunları təşkil edən daha iki dəstəni ifşa etdi 25.11.2025