Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
11.11.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Noyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 4 tüfəng, 4 patron darağı və 2137 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.