Ümumi çəkisi 24,9 kiloqramdan artıq narkotik vasitə və 6011 ədəd metadon həbi götürülüb
21.10.2025Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə oktyabrın 21-də ümumi çəkisi 24,9 kiloqramdan artıq narkotik vasitə və 6011 ədəd güclü təsiredici xassəyə malik metadon həbi aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.