Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
21.10.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Oktyabrın 21-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 avtomat silahı, 1 qumbara, 1 alışdırıcı, 4 tüfəng, 1 patron darağı və 290 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.