Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
27.08.2008Saat 19.00 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində, rayon sakini İntiqam Qurbanov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu qarşıda gedən Təzəkənd kənd sakini Böyükağa İsgəndərovun idarə etdiyi "QAZ-53" markalı avtomaşına vurmuşdur. Nəticədə "VAZ-2106" markalı avtomaşının sərnişinlərindən Yusif Rüstəmov hadisə yerində ölmüşdür. Masallı RPŞ tərəfindən araşdırmalar aparılır.