Xətai rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər həlak olmuşdur
23.08.2008Saat 21.30 radələrində Xətai rayonu ərazisində Ağdam rayon sakini Qabil Tağıyevin idarə etdiyi "Tofaş" markalı və Şərur rayon sakini Nurəddin Ramazanovun idarə etdiyi "QAZel" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Q.Tağıyev və sərnişini Şəki rayon sakini Babaşov Dinyamin hadisə yerində ölmüş xəsarət almış digər sərnişinləri isə xəstəxanaya yerləşdirilmişlər. Xətai RPİ tərəfindən araşdırmalar aparılır.