Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda daha 3 narkokuryer saxlanıldı: 6 kq narkotik dövriyyədən çıxarılıb

30.05.2025

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı mübarizə davam etdirilir. Növbəti tədbir zamanı əvvəllər məhkum olunan şəxslər - 52 yaşlı Toğrul Rüstəmov, tanışı 62 yaşlı İlqar Əliyev və 28 yaşlı Elmir İsmayılov saxlanılıblar. Onlardan 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, həşiş və psixotrop maddə metamfetamin aşkarlanaraq dövriyyədən çıxarılıb. 
Onlar şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını və narkotik vasitələri maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər. 
Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. 
T.Rüstəmov, İ.Əliyev və E.İsmayılovun daxil olduqları narkoşəbəkənin digər üzvlərinin də müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=IvFidS56xCA

 

30.05.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 56 cinayətin açılması təmin olunub 30.05.2025
  • Dələduzluğa görə axtarışda olan 11 nəfər saxlanılaraq istintaqa təhvil verilib 30.05.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 30.05.2025
  • Ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 30.05.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 30.05.2025
  • Polisin növbəti əməliyyatları zamanı 9 kiloqram narkotik vasitə aşkarlanıb 30.05.2025
  • Abşeron və Binəqədi rayonlarında evlərdən oğurluq edən 2 şəxs saxlanılıb 30.05.2025
  • Abşeron rayonunda silah-sursat aşkarlanıb 30.05.2025
  • Nəsimi rayonunda daha 3 narkokuryer saxlanıldı: 6 kq narkotik dövriyyədən çıxarılıb 30.05.2025