Sabunçu və Sumqayıtda narkotik vasitə aşkarlandı
17.05.2025Sabunçu və Sumqayıtda iki nəfərin narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polisə əməliyyat məlumatı daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 47 yaşlı S.Poladov və 29 yaşlı N.Hümbətov saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan 1 kiloqrama yaxın narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.