Gün ərzində ölkə ərazisində qeydə alınan 41 cinayətin açılması təmin olunub
17.05.2025Mayın 17-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 1 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 35, o cümlədən borclu şəxs qismində axtarışda olan 17 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 18, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.