Siyəzən rayonunun ərazisində yol nəqliyyat hadisəsi
19.08.2008Saat 17.30 radələrində Siyəzən rayonunun ərazisində rayon sakini Hikmət Həsənov “VAZ-2106” markalı avtomaşını idarə edərkən həmyerliləri Nərmin Müslümova, bacısı Pərini və Bəyiş Quliyevi vurmuşdur. Nəticədə xəsarət almış N.Müslümova, Pəri və B.Quliyev xəstəxanaya yerləşdirilmişlər. Pəri orada ölmüşdür. Siyəzən RPŞ tərəfindən araşdırmalar aparılır.