Azad Bayramova məxsus mağazadan 4000 manat dəyərində mobil telefon və danışıq kartları oğurlamış Tahir Musayev tutulmuşdur
19.08.2008Avqustun 8-nə keçən gecə Xətai rayonunun Zığ yolu küçəsində yerləşən Bakı şəhər sakini Azad Bayramova məxsus mağazadan qapını sındırmaq yolu ilə 4000 manat dəyərində mobil telefon və danışıq kartları oğurlanmışdır. Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq Zabrat qəsəbə sakini Tahir Musayev tutulmuşdur.