Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb
06.04.2025Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.
Aprelin 5-də və 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 3 tapança, 5 tüfəng, 16 patron darağı və 576 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.