Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Gəncə şəhər sakini E.Əliyevi bıçaqla hədələyərək avtomaşınını almış şəxs tutulmuşdur

17.08.2008

   Kəpəz rayonundakı H.Əliyev prospektində, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Abbas Əliyev həmyerlisi Elsevər Əliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomaşına sərnişin qismində oturub Gil-Torpaq İstehsalat birliyinin bağlar sahəsinə gedəcəyini bildirmişdir. Bağlar sahəsində o, E.Əliyevi bıçaqla hədələyərək avtomaşını ondan almışdır. Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşın hadisə yerinin yaxınlığında tapılmış, A.Əliyev isə tutulmuşdur.