Bakı şəhər sakini N.Sabirova və Lənkəran rayon sakini A.Novruzova insan alveri faktları ilə əlaqədar tutulmuşlar
17.08.2008DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Nəzakət Sabirova gəlir əldə etmək məqsədi ilə qadınları BƏƏ-nin Dubay Əmirliyinə aparıb, cinsi istismara məruz qoyması, Lənkəran rayon sakini Arzu Novruzova gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etməsi faktları ilə əlaqədar tutulmuşlar.