Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb

24.02.2025

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. Son əməliyyatla əvvəllər məhkum olunmuş 32 yaşlı Ərşad Nağıyev saxlanılıb. Onun üzərindən 2 kiloqramdan artıq tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və həşiş aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində narkotikləri sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsilə əldə etdiyini və satışını həyata keçirmək niyyətində olduğunu bildirib.  
İdarə əməkdaşları tərəfindən cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə əlaqədar ümumilikdə 61 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 20 kiloqram narkotik vasitə və psixotrop maddə götürülüb.
Saxlanılanlardan 15-nin rayon ərazisindəki ayrı-ayrı yerlərdə narkotiklərin satışını təşkil etdikləri də müəyyən edilib.
Faktlarla bağlı araşdırmalar aparılır.
Polis əməkdaşları tərəfindən narkotiklərə qarşı mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=chktyJ_BvUQ

 

24.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub 24.02.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 5 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 24.02.2025
  • Dələduzluğa görə axtarışda olan 6 nəfər saxlanılaraq istintaqa təhvil verilib 24.02.2025
  • Ümumi çəkisi 20 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 24.02.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 24.02.2025
  • Nəsimi rayonunda polis əməliyyatları: 20 kq narkotik dövriyyədən çıxarılıb 24.02.2025