Nizami rayonu ərazisindən oğurluq edənlər saxlanıldı
19.02.2025Nizami rayonu H.Əliyev prospektində yerləşən evlərin birinin qarşısından moped oğurlanması barədə polisə məlumat daxil olub.
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı A.Mərdanov müəyyən olunaraq saxlanılıb.
Rayon ərazisində yerləşən təkər bazarından isə 400 manat dəyərində iki ədəd avtomobil diski oğurlamaqda şübhəli bilinən 26 yaşlı O.Qurbanov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Nizami rayonu ərazisində daha bir oğurluq hadisəsi isə ticarət mərkəzlərinin birində baş verib. Dəyəri 4400 manat olan qızıl-zinət əşyasının oğurlanması barədə polisə daxil olmuş müraciət əsasında keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 42 yaşlı qadın müəyyən edilərək saxlanılıb.
Hər üç faktla bağlı araşdırma aparılır.