Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Paytaxtın Nizami və Nərimanov rayonları ərazisində bir avtomobil və iki mopedi qaçırmaqda şübhəli bilinənlər saxlanılıblar

01.02.2025

Paytaxtın Nizami rayonu ərazisində “Honda” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. 
Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən 44 yaşlı S.Əsədov müəyyən olunaraq saxlanılıb.
Keçirilən digər tədbirlə isə rayon ərazisində bir nəfərə məxsus mopedi oğurlamaqda şübhəli bilinənlər 18 yaşlı F.Əliyev və bir nəfər yeniyetmə də müəyyən olunaraq saxlanılıblar. 
Nərimanov rayonu ərazisində isə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin mopedini oğurlamaqda şübhəli bilinən 26 yaşlı Ş.Şixəliyev və 23 yaşlı Ş.İsmayılov da müəyyən olunaraq saxlanılıb. 
Hər üç faktla bağlı araşdırma aparılır.

01.02.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 58 cinayətin açılması təmin olunub 01.02.2025
  • Nərimanov və Abşeron rayonları ərazisində yerləşən iki evdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar 01.02.2025
  • Nizami rayonu B.Nuriyev küçəsində yerləşən kafelərin birində pul kisəsi oğurlamaqda şübhəli bilinən İ.Məmmədov saxlanılıb 01.02.2025
  • Paytaxtın Nizami və Nərimanov rayonları ərazisində bir avtomobil və iki mopedi qaçırmaqda şübhəli bilinənlər saxlanılıblar 01.02.2025