Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində oğurluq əməllərini törətməkdə şübhəli bilinən üç şəxs müəyyən edilərək saxlanılıb

06.01.2025

Yanvarın 6-da Sumqayıt şəhəri ərazisində bir nəfərin bank kartından 500 manatının oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən T.Quliyev müəyyən olunaraq saxlanılıb. 
Abşeron RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin bank kartından 145 manat oğurlamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb. 
Abşeron rayonu ərazisində digər oğurluq hadisəsi isə kafelərin birində baş verib. Naməlum şəxsin kafedən 3660 manatlıq enerji içkisi və 2500 manat dəyərində televizor oğurlaması barədə polisə məlumat daxil olub. 
Əməli törətməkdə şübhəli bilinən F.Həsənov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. 
Hər 3 faktla bağlı araşdırma aparılır.

06.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub 06.01.2025
  • Yasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən A.Cəfərov müəyyən olunaraq saxlanılıb 06.01.2025
  • Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində oğurluq əməllərini törətməkdə şübhəli bilinən üç şəxs müəyyən edilərək saxlanılıb 06.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 06.01.2025
  • Ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 06.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 06.01.2025
  • Nəsimi rayonunda polisin əməliyyatı zamanı 6 kq həşiş və marixuana aşkarlanıb 06.01.2025
  • BNMİ-nin əməkdaşları yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlayıb 06.01.2025