Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Nəsimi rayonunda polisin əməliyyatı zamanı 6 kq həşiş və marixuana aşkarlanıb

06.01.2025

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. 
2025-ci ilin ilk günlərində həyata keçirilən növbəti əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş 49 yaşlı Zaur Əzizov saxlanılıb. Ondan 2 kiloqramdan artıq yüksək təsiredici xassəyə malik narkotik vasitə olan həşiş qətranı və 4 kiloqrama yaxın marixuana aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşından satış məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, Z.Əzizov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Youtube linki - https://www.youtube.com/watch?v=O_7rxtNrR1U 

06.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub 06.01.2025
  • Yasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən A.Cəfərov müəyyən olunaraq saxlanılıb 06.01.2025
  • Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində oğurluq əməllərini törətməkdə şübhəli bilinən üç şəxs müəyyən edilərək saxlanılıb 06.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 06.01.2025
  • Ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 06.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 06.01.2025
  • Nəsimi rayonunda polisin əməliyyatı zamanı 6 kq həşiş və marixuana aşkarlanıb 06.01.2025
  • BNMİ-nin əməkdaşları yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlayıb 06.01.2025