Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

BNMİ-nin əməkdaşları yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlayıb

06.01.2025

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən bayram günlərində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə əməliyyatlar davam etdirilir.
Abşeron rayonu ərazisində yanvar ayının 1-də keçirilən tədbir nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş 43 yaşlı Vaqif Səfərov saxlanılıb. Ondan 30 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana aşkarlanıb.
Bu şəxs narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə əldə edib Abşeron rayonunda ayrı-ayrı ünvanlara yerləşdirərək bu barədə həmin narkotacirə məlumat verməyi planlaşdırıb. Saxlanılan şəxs ölkə ərazisində narkotiklərin əsas tədarükçülərindən biri olub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Youtube linki - https://www.youtube.com/watch?v=7uezwe6RI_c

 

06.01.2025 tarixinə olan kriminal məlumatlar

  • Gün ərzində ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması təmin olunub 06.01.2025
  • Yasamal rayonu Moskva prospektində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən A.Cəfərov müəyyən olunaraq saxlanılıb 06.01.2025
  • Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində oğurluq əməllərini törətməkdə şübhəli bilinən üç şəxs müəyyən edilərək saxlanılıb 06.01.2025
  • İtkin düşmüş kimi axtarışı aparılan 6 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib 06.01.2025
  • Ümumi çəkisi 8,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb 06.01.2025
  • Qanunsuz saxlanılan odlu silah-sursat aşkar olunaraq götürülüb 06.01.2025
  • Nəsimi rayonunda polisin əməliyyatı zamanı 6 kq həşiş və marixuana aşkarlanıb 06.01.2025
  • BNMİ-nin əməkdaşları yeni ilin ilk günündə 30 kiloqram narkotik vasitə aşkarlayıb 06.01.2025