Polis Binəqədi rayonu ərazisində quldurluq və soyğunçuluqda şübhəli bilinən 2 nəfəri saxlayıb
03.12.2024Dekabrın 3-də Binəqədi rayonu ərazisində yerləşən apteklərin birində əczaçının kəsici alətlə hədələnərək 232 manatının talanması barədə polisə məlumat daxil olub.
Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 38 yaşlı N.Adıgözəlov müəyyən olunaraq saxlanılıb.
5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbiri ilə dekabrın 1-də rayon ərazisində bir qadının içərisində pulu və bank kartı olan pulqabısını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.