Gün ərzində 27 cinayət faktı qeydə alınmışdır
06.08.2008Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 27 cinayət faktı qeydə alınmışdır ki, onların da 21-i “isti izlər”lə, həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 5 nəfər ölmüş, 17 nəfər isə yaralanmışdır.
- 1 yanğın hadisəsi qeydə alınmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 23 nəfər tutulmuşdur.