Sabunçu rayonunun Zabrat qəsəbəsində yol-nəqliyyat hadisəsi
06.08.2008Saat 02.00 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində Bakı şəhər sakini Yalçın Qeybalıyev “Opel” markalı avtomaşını idarə edərkən qəsəbə sakini Əli Davudovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə.Davudov orada ölmüşdür. Sabunçu RPİ tərəfindən araşdırmalar aparılır.