Əzizbəyov rayonunun Binə qəsəbəsində yol-nəqliyyat hadisəsi
06.08.2008Saat 22.50 radələrində Əzizbəyov rayonunun Binə qəsəbəsində, qəsəbə sakini Mehman Məmmədovun idarə etdiyi “VAZ-21063” markalı, Biləsuvar rayon sakini Famil Orucovun idarə etdiyi «Prado» markalı və “Mercedes” markalı avtomaşınlar toqquşmuşlar. Nəticədə xəsarət almış M.Məmmədov, sərnişinləri, Şərur rayon sakini Rahib Tahirov, Binə qəsəbə sakinləri Leyli Həsənova, Əfruz Həsənova, Suraxanı rayon sakini Səlidə Həsənova və Zərda İsmayılova xəstəxanaya yerləşdirilmişlər. Z.İsmayılova orada ölmüşdür. Əzizbəyov RPİ tərəfindən araşdırmalar aparılır.