DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
06.08.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Səbail RPİ 8-ci PB əməkdaşları Badamdar qəsəbə sakini, əvvəllər məhkum olunmuş Adil Bilalovdan 104,67 qram tiryək, Yasamal RPİ əməkdaşları Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Bəhram Ağayevdən 219 qram, Leyla Əhmədovadan 320 qram heroin, Binəqədi RPİ 5-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Mikayıl Quliyevdən 0,234 qram heroin götürmüşlər.