Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüş və yabanı halda bitmiş çətənə kolları məhv edilmişdir

31.07.2008

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nərimanov RPİ əməkdaşları Bakı şəhər sakini Namiq Məmmədovdan 60,99 qram marixuana, Yasamal RPİ 27-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Məmmədzadədən 0,434 qram heroin, Cəlilabad RPŞ əməkdaşları Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Rəhimovdan 0,789 qram heroin götürmüşlər.    
Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Məmmədrza Heydərov 0,21 qram həşişi satarkən tutulmuş, ondan əlavə 1,57 qram həşiş aşkar edilərək götürülmüşdür.             
Zaqatala RPŞ əməkdaşları tərəfindən Uzunqazmalar kəndindən yabanı halda bitmiş, çəkisi 3050 kiloqram olan 6370 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.

31.07.2008 tarixinə olan kriminal məlumatlar