Paytaxt sakini olan bir qadının 1600 manat dəyərində mobil telefonunu oğurlamaqda şübhəli bilinən S.Qaçayev və N.Ağaşov saxlanılıblar
17.08.2024Paytaxt sakini olan bir nəfər qadın 1600 manat dəyərində mobil telefonunun oğurlanması barədə polisə məlumat verib.
Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən S.Qaçayev və N.Ağaşov müəyyən olunaraq saxlanılıblar.
Araşdırmalar davam etdirilir.