Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Füzuli rayon sakini N.Babayevanın barəsində cinayət işi başlanmışdır

28.07.2008

   İyulun 15-də Sumqayıt şəhər sakini Pərvanə Qazıyeva şəhər prokurorluğuna müraciət edərək 2007-ci ilin iyun ayında Füzuli rayon sakini Naibə Babayevanın, onun etimadını qazanaraq qızıl əşyalarını ondan alması barədə məlumat vermişdir. Araşdırmalar zamanı N.Babayevanın, P.Qazıyevanın, habelə 2007-ci ilin iyun ayında Sumqayıt şəhər sakinləri Tamilə Nəzərovanın, Solmaz Əhmədovanın və Ələddin Şükürovun etimadlarını qazanaraq onlardan müvafiq olaraq 5200, 2800 və 5600 dollarlarını alması müəyyən edilmişdir. Faktla əlaqədar şəhər prokurorluğunda cinayət işi başlanmış və toplanmış materiallar iyulun 29-da Sumqayıt ŞPİ-yə göndərilmişdir.