Ağsu rayon sakini Nemət Bayramov oğurluğa görə həbs edilmişdir
28.07.2008Cari il iyunun 17-də Ağsu rayonunun Padar-Qışlaq kəndində İsmayıllı rayon sakini Yusif Əhmədova məxsus fermadan 1,4 ton arpa oğurlanmışdır. Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş İsmayıllı rayon sakini Nemət Bayramov tutulmuşdur.