DİO əməkdaşları tərəfindən narkotik vasitələr götürülmüşdür
28.07.2008Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Nəsimi RPİ və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əməkdaşları 1 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Səhran Xankişiyevdən 2,112 qram heroin, Suraxanı RPİ 33-cü PB əməkdaşları Bülbülə qəsəbə sakini Cavid Bayramovdan 0,254 qram heroin, Xətai RPİ 37-ci PB əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fuad İmanovdan 0,245 qram heroin, Gəncə ŞPİ əməkdaşları Yevlax rayon sakini, əvvəllər məhkum olunmuş Anar Babayevdən 5 qram heroin, Sabunçu RPİ əməkdaşları Kürdəxanı qəsəbə sakini İlqar Dadaşovdan 0,836 qram heroin götürmüşlər.
Əzizbəyov RPİ əməkdaşları oğurluq etdiyinə görə tutulmuş Azad Soltanovdan 1,145 qram heroin götürmüşlər.