Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zakir Quliyev kustar üsulla hazırlanmış 360 ədəd saxta "Aysberq" arağını satarkən yaxalanmışdır

30.09.2005

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhəri Əmircan qəsəbəsində yaşayan Zakir Quliyev kustar üsulla hazırlanmış 360 ədəd saxta "Aysberq" arağını 2 milyon 400 min manata, alıcı Fərhad Bəbişova satarkən yaxalanmışlar. Z.Quliyevin yaşadığı evə baxış zamanı 15 çeşiddə 390 ədəd müxtəlif tutumlu Azərbaycan və Rusiya istehsalı olan araq məhsulu, 600 litrə yaxın spirt, xeyli sayda aksiz markaları, qapaqlar və köməkçi materiallar aşkar edilərək götürülmüşdür.