Nizami rayonu ərazisindəki mağazaların birindən cüzdan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar
01.10.2023Nizami RPİ 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində sentyabrın 12-də rayon ərazisindəki mağazaların birindən içərisində 2000 manat və mobil telefon olan cüzdan oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş A.Dolya və əvvəllər məhkum olunmuş E.Xudiyev müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.