DİN-in struktur qurumlarının saytları
Görmə çətinliyi olanlar üçün:

Hüquq mühafizə orqanları tərəfindən yabanı halda bitmiş çətənə kolu yığılaraq məhv edilmişdir

28.09.2005

Baş Narkotiklərlə Mübarizə İdarəsi Qərb Bölgəsində Regional Şöbəsi və Goranboy RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Goranboy rayonu ərazisində 2,75 hektar sahədə yabanı halda bitmiş, çəkisi 1847 kiloqram olan 2377 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir. Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisində 0,8 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2538 kiloqram 3356 ədəd çətənə kolu yığılaraq məhv edilmişdir.