Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Bakı şəhər sakini Nurəddin Ələkbərova məxsus avtomaşını oğurlamış Hövsan qəsəbə sakini Səməd Liftiyev və Bakıxanov qəsəbə sakini Ruslan Qasımov tutulmuşlar

28.06.2008

İyunun 28-də Q.Qarayev prospektində "VAZ-2106" markalı və "VAZ-2105" markalı avtomaşınları idarə edən 2 naməlum şəxs ərazidə xidmət aparan polis əməkdaşlarını gördükdə avtomaşınları hadisə yerində qoyaraq getmişlər. Bununla əlaqədar avtomaşınlara baxış keçirilmiş və orada 1 ədəd maqnitofon, avtomaşın üçün ehtiyat hissələri aşkar edilmiş və onların Bakı şəhər sakini Nurəddin Ələkbərova məxsus "VAZ-21011" markalı avtomaşından oğurlanması müəyyən edilmişdir. Nizami RPİ 25-ci PB və Xətai RPİ 34-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyvat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş həmin avtomaşınların sürücüləri, Hövsan qəsəbə sakini Səməd Liftiyev və Bakıxanov qəsəbə sakini Ruslan Qasımov tutulmuşlar.

28.06.2008 tarixinə olan kriminal məlumatlar